6 sentyabr 2016 12:40
Qarabağın rəqibi Avroliqa üçün 22 futbolçu seçdi
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi - Çexiyanın "Slovan" klubu bu turnir üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Azerisport.az xəbər verir ki, siyahıda 22 futbolçunun adı yer alıb.
Qapıçılar: Vatslav Qladkix, Martin Dubravka;
Müdafiəçilər: Vladimir Kufal, Milan Nitrianski, David Qovorka, Luukaş Bartoşak, Lukaş Pokornı, Martin Latka;
Yarımmüdafiəçilər: Radim Breyte, Andrey Karafiat, Yan Sikora, Yan Navratil, Zdenek Folprext, İqor Sukennik, İlya Kubışkin, Petr Şevçik, Eqon Vux, Daniel Bartl, Ubonq Ekpay;
Hücumçular: Viroslav Markoviç, Nikolay Xomliçenko, Milan Baroş.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinə məhz "Slovan"a qarşı oyunla start verəcək. Tərəflər arasındakı ilk görüş sentyabrın 15-də Bakıda keçiriləcək.
