6 sentyabr 2016 12:00
Neftçi Qəbələ ilə oyuna itkilərlə çıxacaq
"Neftçi" Premyer Liqanın 4-cü turunda qarşılaşacağı "Qəbələ" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu növbəti oyuna itkilərlə çıxacaq.
Zədə səbəbindən cari mövsümdə hələ meydana çıxmayan Elşən Abdullayevin "Qəbələ" ilə görüşdə də komandasına kömək edə bilməyəcəyi dəqiqdir. Murad Ağayevlə Məqsəd İsayev də növbəti turu buraxacaq. Dario Melnyakın iştirakı da sual altındadır.
Qeyd edək ki, "Neftçi" - "Qəbələ" oyunu sentyabrın 10-da "Əlincə Arena"da keçiriləcək.
