Elmar Baxşiyev: Oyun ideal olmasa da, əsas nəticə idi ki, millimiz buna nail oldu
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Farer adaları üzərində qazanılan qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk növbədə yığmamızı qələbə münasibətilə təbrik edirəm. Oyun ideal olmasa da, əsas nəticə idi ki, buna da nail oldular. Hiss olunur ki, yığmanın heyəti hələ tam dəqiqləşməyib. Rəqib komanda bütünlüklə müdafiədə oturduğuna görə, onlara qol vurmaq çətin idi. Qoldan sonra isə millimiz irəli atılmağa o qədər də çox cəhd göstərmirdi. Yaradılan qol vəziyyətlərindən isə yararlana bilmədilər. Yığmamız daha artığına qadirdir. Fikrimcə, gələcəkdə daha yaxşı oyun görə bilərik. Komandanın üzərinə çox getmək lazım deyil. Bu komandada potensial var".
