6 sentyabr 2016 11:00
Vüqar dubl etdi, komandası qalib gəldi
Futbol üzrə Latviya birinci liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Alberts"lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 4:2.
Vüqar start heyətdə, Orxan isə 46-cı dəqiqədə meydana çıxıb. Komandasının bombardiri olan Vüqar bu matçda da fərqlənib. O, 28 və 57-ci dəqiqələrdə vurduğu qollarla dublunu rəsmiləşdirib. Bununla da millimizin sabiq forvardı vurduğu qolların sayını 26-ya çatdırıb. Həsənəliyev isə geridə qalan turlarda 9 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 43 xal toplayan "Olayne" 15 klub arasında 3-cü pillədə qərarlaşıb.
