6 sentyabr 2016 01:00
Aqollinin oynadığı Albaniya - Makedoniya matçı yarıda qaldı
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Albaniya - Makedoniya oyunu 80-ci dəqiqədə dayandırılıb. Azerisport.az xəbər verir ki, buna güclü yağış səbəb olub.
Qeyd edək ki, həmin vaxt hesab 1:1 olub. "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya yığmasını bu oyuna kapitan kimi çıxarıb.
