6 sentyabr 2016 00:20
Martin Broberq: Qəbələyə keçidimin qışda alınacağına ümidliyəm
İsveçin "Erebru" klubunun yarımmüdafiəçisi Martin Broberq "Qəbələ"yə keçidinin baş tutmamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu transferimin baş tutmaq şansı az idi. Əfsuslar olsun ki, klubum komandanıza "yox" dedi. Belə alındığı üçün çox təəssüflənirəm. Çünki həm klubum "Qəbələ"dən çox pul tələb etdi, həm də danışıqlar aparmaq üçün vaxt az idi. Qarşıda qış transfer pəncərəsi var. Ümid edirəm ki, o vaxta qədər hərtərəfli razılıq əldə olunacaq. Mən özüm də "Qəbələ"yə keçməyi, Avropa Liqasında oynamağı çox istəyirdim".
