6 sentyabr 2016 00:10
Qəbələnin yarımmüdafiəçisi Gürcüstan yığmasına kömək etmədi
Gürcüstan yığması DÇ-2018-in seçmə mərhələsində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, qonşu ölkə təmsilçisi doğma meydanda Avstriya ilə qarşılaşıb.
Oyun gürcülərin 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib. "Qəbələ"nin yarımmüdafiəçisi Nika Kvekveskiri bu oyunun iştirak ərizəsində yer alsa da, meydana buraxılmayıb.
