5 sentyabr 2016 23:30
Qarabağ - Slovan matçının stadionu rəsmən bilindi
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçları çərçivəsində "Qarabağ"ın Çexiya təmsilçisi "Slovan"la oyunun keçiriləcəyi stadion məlum olub. Azerisport.az xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da baş tutacaq.
Qeyd edək ki, bir neçə gün öncə UEFA-dan ölkəmizə göndərilən nümayəndə heyətinin rəyindən sonra bu qərar verilib.
Qarşılaşma sentyabrın 15-də saat 19:00-da start götürəcək.
