5 sentyabr 2016 17:20
Kəpəz divizion klubuna qalib gəldi
Topaz Premyer Liqasında yaranan fasilə müddətində “Kəpəz” ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, “sarı-göylər” birinci divizionun iştirakçısı olan “Şərurspor” ilə qarşılaşıb.
Matç Gəncə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatb. Julien Ebahın bir dəfə fərqləndiyi oyunda Nicat Qurbanov dubl edib.
Xatırladaq ki, bundan əvvəlki yoxlama görüşündə “Kəpəz” 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına 1:2 hesabı ilə uduzmuşdu.
Çempionata hazırlığı davam etdirən “Kəpəz”in əvəzedici heyəti də daha bir yoxlama oyunu keçirib. Əvəzedicilər klubun 19 yaşadək futbolçulardan ibarət komandası ilə gücünü sınayıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda əvəzedici komanda qələbə qazanıb – 6:2.
