5 sentyabr 2016 16:30
Dalğa Arena rəsmisi: UEFA-dan müsbət cavab gözləyirik
"Dalğa Arena"nın rəsmisi Kamran Vəliyev UEFA rəsmilərinin bu stadiona baxış keçirməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" - "Slovan" (Çexiya) matçının bu arenada keçirilməsinin mümkünlüyü ilə bağlı bunları söyləyib:
"Beşinci gün UEFA nümayəndələri stadionumuzda oldu. Onların hansısa xüsusi iradı olmadı. Bu gün və ya sabah yazılı cavab göndərməlidirlər. Müsbət cavab gözləyirik. Stadionumuzda ciddi çatışmazlıq yoxdur. Yalnız az azarkeş tutumu problem ola bilər".
Qeyd edək ki, "Qarabağ"ın Çexiya klubu ilə görüşü sentyabrın 15-də baş tutacaq.
