5 sentyabr 2016 16:00
AFFA millinin Dalğa Arenadakı oyununa görə nəqliyyat vasitəsi ayırdı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində sentyabrın 6-da, saat 18:00-da, “Dalğa Arena”da Azərbaycan – Farer adaları oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu oyunu izləmək istəyən KİV nümayəndələri üçün ayrılmış nəqliyyat vasitəsi sabah saat 16:30-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.
