5 sentyabr 2016 15:30
Robert Prosineçki Bakıya qayıtmadı
Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı səfər oyunundan dərhal sonra çarter reysi ilə Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, millimizin üzvləri səhər saatlarında vətənə çatıblar.
Amma komandanın baş məşqçisi Robert Prosineçki Azərbaycana qayıtmayıb. O, San Marinodan birbaşa Xorvatiyaya yollanıb.
Xorvatiyalı mütəxəssisin Azərbaycana nə vaxt gələcəyi hələlik, bilinmir.
