5 sentyabr 2016 14:00

Məhəmməd Mirzəbəyov: San Marino bizim əsas rəqibimiz deyil

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyovun azerisport.az saytına müsahibəsi

- San Marino üzərində qələbəni necə şərh edərdin?
- O qədər də ağır oyun olmadı. Topa nəzarət bütün matç ərzində bizim əlimizdə idi. Çoxlu qol vəziyyətlərimiz olsa da, onlardan yararlana bilmədik. Amma əsas odur ki, 3 xal qazandıq.

- Sərgilədiyiniz oyundan şəxsən sən razı qaldın?
- Bəli. Biz normal oynadıq, çoxlu qol vəziyyətləri yaratdıq. Sadəcə, təəssüf ki, bir qol vurduq.

- Rəqib azlıqda qaldıqdan sonra niyə təzyiqi daha da artıra, qol vura bilmədiniz?
- Hamı ondan sonra necə oynadığımızı gördü. Hücumlar qurmaqda, qol vəziyyətləri yaratmaqda davam edirdik.

- Sən bir neçə dəfə sağ cinahda qapı qarşısında əlverişli mövqedə olan komanda yoldaşlarına dəqiq ötürmə edə bilmədin. Buna nə mane oldu?
- Həmin epizodların təkrarına baxmışam. Bir qədər tələsdim. Ona görə də elə oldu.

- San Marino azlıqda qalandan sonra işiniz asanlaşdı?
- Əlbəttə. Rəqib daha çox boş zona verməyə başladı. Biz isə topla daha çox davranmağa başladıq.

- Razısan ki, millidə çatışmazlıqlar hələ çoxdur?
- Fikrimcə, hər şey qaydasındadır. Sadəcə, qol vəziyyətlərindən yararlanmaqda çətinlik çəkirik. San Marinoya da daha çox qol vura bilərdik.

- Bu qələbədən sonra millimizin dəqiq qrup sonuncusu olmayacağını demək olar?
- Millinin qarşısında daha böyük hədəflər durur. Biz də daha yaxşı nəticəyə nail olmaq istəyirik San Marino bizim qrupdakı əsas rəqibimiz deyil.

- Matçdan sonra rəqib futbolçu səninlə formasını dəyişmək istəsə də, bundan imtina etdin. Bunu necə izah edərdin?
- Çünki formamı başqasına verəcəyimə söz vermişdim. Ona görə də həmin futbolçunun istəyini qəbul etmədim.

- Emin Mahmudovla Ramil Şeydayevin millidəki debütü barədə nə deyə bilərsən?
- Onların hər ikisi istedadlı futbolçudur. Fikrimcə, onlar seçmə mərhələdə bizə kömək edə biləcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.