5 sentyabr 2016 13:45

Məhəmməd Mirzəbəyov üzr istədi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının fəaliyyətinin əsas istiqamətlərindən biri də futbolun kütləviliyinin artırılması, bununla da, xüsusilə uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, zərərli vərdişlərə yiyələnməməsi üçün zəmin yaradılması, cəmiyyətimiz üçün fiziki və mənəvi baxımdan sağlam gənc nəslin yetişməsinə öz töhfəsini verməkdir.

Bunu nəzərə alaraq, AFFA DÇ-2018-in seçmə mərhələsində keçirilmiş San Marino – Azərbaycan oyunundan sonra Məhəmməd Mirzəbəyovun etdiyi jestlə bağlı məsələyə biganə qalmayıb. Azerisport.az xəbər verir ki, futbolçu AFFA-nın rəsmi saytına fikirlərini bildirib:

“İlk növbədə, seçmə mərhələyə qələbə ilə başlamağımız münasibətilə Azərbaycan milli komandasının bütün azarkeşlərini təbrik edirəm. Qarşıdakı oyunlarda da yaxşı nəticələr qazanaraq bu qələbənin təsadüfi olmadığını sübuta yetirəcəyimizə ümid edirəm. Dünəndən bəri müzakirə olunan jestə gəlincə, rəqib futbolçu mənə yaxınlaşaraq formalarımızı dəyişməyimizi təklif etdi. Mən də formamı dostuma bağışlayacağımla bağlı əvvəlcədən söz verdiyimi bildirdim və sözlərimi həmin jest müşayiət etdi. Hamını əmin edir və səmimiliyimə inanmalarını xahiş edirəm ki, o jesti etməklə heç kimi təhqir etmək fikrim olmayıb və o hərəkətimi qeyri-etik qəbul edənlərin hər birindən üzr istəyirəm. Millinin hər bir futbolçusu təkcə özünü yox, ümumilikdə, bütün ölkəni təmsil edir. Emosiyaların təsiri altında hər hansı analoji hərəkət etməmək üçün bundan sonra daha diqqətli davranacağam və hamını əmin edirəm ki, bu məsuliyyəti yaxşı dərk edirəm”.

Qeyd edək ki, məsələ ilə bağlı AFFA tərəfindən futbolçuya müvafiq tövsiyələr verilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.