5 sentyabr 2016 12:00
Emin Mahmudov: Seçmə mərhələyə qələbə ilə başlamaq xoşdur
Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyunda bir qədər həyəcan var idi. Çünki qələbədən başqa heç bir nəticəni azarkeşlər bizə bağışlamazdılar. Ola bilsin ki, daha yaxşı oynamağımıza da bu mane oldu. Qoldan sonra da hücuma gedirdik, qol vurmaq istəyirdik. Ələ düşən şanslardan daha yaxşı yararlanmağımız lazım idi. Amma bütövlükdə, seçmə mərhələyə qələbə ilə başlamaq yaxşı oldu. Artıq növbəti oyuna hazırlaşacağıq".
