5 sentyabr 2016 00:15
"Azərbaycan layiqli qələbə qazandı"
San Marino yığmasının baş məşqçisi Pyerancelo Manzaroli DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Daha yaxşı oyun gözləyirdik. Azərbaycan layiqli qələbə qazandıq. Biz də pis oynamadıq. Amma fiziki hazırlığımız arzuladığımız səviyyədə deyil. İkinci hissəyə daha yaxşı başlamışdıq. Ancaq qırmızı vərəqə almağımız bizi çətin vəziyyətə saldı. Buna görə də yeni seçmə mərhələyə uğurlu start verə bilmədik".
