4 sentyabr 2016 23:15
Robert Prosineçki: Razı qalmadım
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçirdikləri səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 1:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Komandamız rəqibdən daha güclü olduğunu göstərdi. San Marino bu gün qapımıza hətta zərbə də endirə bilmədi. Bütün oyun ərzində topa yaxşı nəzarət etdik. Təəssüf ki, ələ düşən qol şanslarının yalnız birindən yararlandıq. Bundan o qədər də razı qalmadım. Artıq növbəti oyunları düşünməliyik. Hansı ki, qarşıdakı görüşlərin bundan da çətin keçəcəyi dəqiqdir". (CBC)
