4 sentyabr 2016 17:00
Qarabağ - AZAL matçının başlama saatı məlum oldu
Topaz Premyer Liqasının 4-cü turunda "Qarabağ" AZAL-ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, qarşılaşma sentyabrın 9-da Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da keçiriləcək və saat 18:30-da start götürəcək.
Qeyd edək ki, hazırda "Qarabağ"ın stadionu "Azərsun Arena"nın ot örtüyündə yeniləmə işləri aparıldığı üçün komanda rəqiblərini "Əlincə Arena"da qəbul edir.
