4 sentyabr 2016 16:00
İsrafilovun komandası onun yoxluğunda uduzdu
Futbol üzrə İspaniya ikinci liqasında (Liqa Adelante) 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Mirandes"lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 2:3.
İsrafilov hazırda millimizin düşərgəsində olduğu üçün, komandasına bu oyunda kömək edə bilməyib.
Qeyd edək ki, "Kadis" 3 turdan sonra 2 xalla 22 klub arasında 16-cı pillədə qərarlaşıb.
