4 sentyabr 2016 15:00
Azərbaycanla oyun öncəsi federasiya prezidentindən dəstək
San Marino Futbol Federasiyasının prezidenti Corcio Kreşentini DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi milli komandanın üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə federasiyanın digər rəsmiləri də iştirak ediblər.
Federasiya rəhbərliyi komandaya millimizlə görüşdə uğurlar arzulayıblar. Onlar komandanı hər zaman dəstəklədiklərini diqqətə çatdırıblar.
Qeyd edək ki, San Marino - Azərbaycan oyunu bu gün Serravalledəki "San Marino" stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
