4 sentyabr 2016 14:30
Millimiz Macarıstana qalib gəldi
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, Macarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 7:3.
Sabir Allahquliyevin het-trik, Asif Zeynalovun isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Orxan Məmmədov və Ramil Əliyev fərqlənib.
Millimiz qrupda son oyununu sentyabrın 6-da Bolqarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Xatırladaq ki, komandamız ilk oyununda Fransaya 2:3 hesabıyla uduzmuşdu.
