4 sentyabr 2016 14:00
Arif Əsədov: Millimizin 3 xal qazanacağına şübhə etmirəm
Azərbaycanlı mütəxəssis Arif Əsədov milli komandamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçirəcəyi səfər oyunu barədə fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Tsiklin ilk oyunudur. Qələbə ilə başlamaq yaxşı olardı. Robert Prosineçkinin sözlərindən hiss etmək olur ki, komandadan razıdır, düşərgədə atmosfer yaxşıdır. Fikrimcə, qələbə millimizin olacaq. Rəqib komandamızla müqayisədə zəifdir. Amma ilk oyun səfərdədir. Çətin olacaq. Buna baxmayaraq, millimizin 3 xal qazanacağına şübhə etmirəm".
