4 sentyabr 2016 13:30
Dəniz Yılmaz: Oynamağı çox istəyirəm
Türkiyənin "Bursaspor" klubunun hücumçusu Dəniz Yılmaz zədədən sonra meydana qayıtmaq arzusundan danışıb. Azerisport.az xəbər verir ki, FİFA-nın Azərbaycan yığmasında oynamasına razılıq verdiyi futbolçu bunları söyləyib:
"Bu ay meydana çıxıb-çıxmayacağımı dəqiq deyə bilmərəm. "Fənərbaxça", "Kayserispor" və "Kasımpaşa" ilə görüşlərdə iştirakım sual altındadır. Çünki hərdən ayağımdakı ağrılar artır. Oynamağı çox istəyirəm, amma zədəm hələ imkan vermir".
