4 sentyabr 2016 12:00

Ağabala Ramazanov: Yeganə hədəfimiz qələbə qazanmaqdır

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ağabala Ramazanov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçiriləcək səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- San Marino ilə oyundan nə gözləyirsən?
- Bu oyuna çox ciddi hazırlaşmışıq. Yeganə hədəfimiz, istəyimiz qələbə qazanmaqdır. San Marino ilə matç bizim üçün çox vacibdir. Yeni seçmə mərhələyə qələbə ilə başlamaq istəyirik.

- Bu rəqib barədə nə bilirsən?
- San Marino komandası barədə məlumatımız var. Belə rəqiblərlə oyunlara ciddi yanaşmaq lazımdır. Çünki bu, seçmə mərhələ oyunudur və arxayınlaşmaq olmaz. Ona görə də rəqib barədə çox danışmağa ehtiyac duymuram.

- Ramil Şeydayevlə Emin Mahmudov millimizə nə dərəcədə kömək edə bilər?
- Onların hər ikisi yaxşı potensiala malikdir. Çox ümid edirəm ki, Şeydayevlə Mahmudovun millimizə böyük faydası olacaq.

- Onlarla məşqlərdə uyğunlaşa bilmisiniz?
- Çox gözəl və mehriban kollektivimiz var. Hər kəsin bir-biri ilə gözəl münasibəti var. Ramil və Eminlə də bağlı heç bir problem olmadı. Bu baxımdan da hər şey yaxşıdır.

- San Marinoya qalib gələ bilməyəcəyiniz halda ciddi tənqidlərə hazırsınız?
- Allah eləsin ki, uğursuzluqla üzləşməyək. Biz meydana ancaq qələbə üçün çıxacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.