4 sentyabr 2016 11:30
"Azərbaycanla matçın çətin olacağını bilirik"
San Marino yığmasının kapitanı Matteo Vitayoli DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Son illər həm klubumdakı, həm də yığmadakı çıxışım uğurlu alınır. Həm də millinin kapitanı olmuşam. Bununla qürur duyuram. Karyeramın pikində olduğumu düşünürəm. Bundan yığmanın xeyrinə faydalanmağa çalışacağam. Hər bir komanda seçmə mərhələyə sıfırdan başlayır və uğur qazanmaq şansına malik olur. Azərbaycanla oyuna hazırıq. Çətin olacağını bilirik. Amma ruhdan düşmürük. Meydana qələbə üçün çıxacağıq".
