4 sentyabr 2016 00:05
Kamran Ağayev: Favorit bizik, məğlubiyyəti düşünmürük
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək San Marino ilə səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Rəqibin kimliyindən asılı olmayaraq, biz ilk növbədə öz oyunumuz barədə düşünməliyik. Buraya qələbə üçün gəlmişik. Tək mən yox, bütövlükdə ölkəmiz bu oyundan ancaq qələbə gözləyir. Cütün favoritiyik. Ona görə də məğlubiyyət haqda heç kim düşünmür. Robert Prosineçkinin tapşırdıqlarını meydanda həyata keçirməyə çalışacağıq. Rəqibi yaxşı analiz etmişik. Zədə səbəbindən uzun müddət idi oynamırdım. İndi özümü yaxşı hiss edirəm. Fikrimcə, hər şey yaxşı olacaq".
