3 sentyabr 2016 20:15
Prosineçki San Marino ilə oyun üçün start heyətini açıqladı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək San Marino ilə oyun üçün start heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis sabahkı oyunda ilk dəqiqələrdən bu futbolçulara güvənəcək:
Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Rəşad Sadıqov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Əfran İsmayılov, Ağabala Ramazanov, Ruslan Qurbanov.
