3 sentyabr 2016 20:00
San Marinonun baş məşqçisi: Müdafiədə diqqətli oynamalıyıq
San Marino yığmasının baş məşqçisi Pyerancelo Mandzaroli DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Sabah bizi çətin oyun gözləyir. Bəzi çətinliklərimiz var, amma oyuna hazırıq. Azərbaycan yığması yaxşı komandadır. Rəqibə çətinlik yaşatmağa çalışacağıq. Komandamda bir nəfər də peşəkar futbolçu yoxdur. Amma bu, sabahkı oyuna təsir etməyəcək. Rəqib barədə məlumat toplamışıq. Oyunlarına baxmışıq. Azərbaycanda futbol inkişaf edir. Bu komanda istənilən rəqibə başağrısı ola bilər. Bizə müdafiədə diqqətli oynamaq lazımdır".
