3 sentyabr 2016 19:30
Məsimov Domjaledə qol vurdu
Sloveniyanın "Domjale" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası klubun U-19-u ilə qarşılaşıb.
Oyun əsas komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşdə iştirak etmək hüququ qazanan Məsimov 86-cı dəqiqədə komandasının sonuncu qoluna imza atıb.
