3 sentyabr 2016 19:00
Məlikov İnterə qarşı oynamayacaq
"Sumqayıt"ın müdafiəçisi Rail Məlikov Premyer Liqanın 4-cü turunda "İnter"ə qarşı oynaya bilməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb onun zədələnməsidir.
Belə ki, ötən gün baş tutan "Zirə" ilə yoxlama oyununda sıradan çıxan təcrübəli futbolçu bir müddət məcburi istirahət etməli olacaq.
