3 sentyabr 2016 16:30
Yaşar Vahabzadə Zirənin futbolçusunu millidən uzaqlaşdırdı
Avqustun 24-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, hazırlıq prosesi ərzində keçirdiyi 2 yoxlama oyununda imkanlarından aşağı səviyyədə çıxış etdiyi üçün Adil Nağıyev (“Zirə”) baş məşqçi Yaşar Vahabzadənin qərarına əsasən yığmanın toplanışından kənarlaşdırılıb və klubunun düşərgəsinə göndərilib.
