San Marinonun Azərbaycanla oyun üçün yekun heyəti açıqlandı
Futbol üzrə San Marino yığmasının baş məşqçisi Pyerancelo Mandzaroli DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun üçün yekun heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, heyətdə 23 futbolçunun adı yer alıb:
Qapıçılar: Cakomi Muraççini, Elia Benedettini, Aldo Simonçini;
Müdafiəçilər: Marko Berardi, Covanni Bonini, Kristian Brolli, Davide Çezarini, Alessandro Della Valle, Mirko Palatsi, Davide Simonçini, Karlo Valentini, Fabio Vitayoli;
Yarımmüdafiəçilər: Pyeto Kalçolari, Lorenso Qasperoni, Nikola Çiaruççi, Enriko Qolinuççi, Luka Tosi;
Hücumçular: Matteo Vitayoli, Filippo Berardi, Xose Adolfo Hirş, Mattia Stefanelli, Alessandro Byanki, Danilo Rinaldi.
Qeyd edək ki, sabah keçiriləcək San Marino - Azərbaycan matçı saat 20:00-da start götürəcək.
