3 sentyabr 2016 11:40
Avstriya Azərbaycanın 3-cülük şansını saxladı
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin də yer aldığı qrupda daha bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, Finlandiya doğma meydanda Avstriya ilə qarşılaşıb.
Avstriyalılar səfər matçından qələbə ilə ayrılıblar - 1:0. Nəticədə, Azərbaycan yığmasının bu qrupda üçüncü olmaq şansı qalıb.
Qeyd edək ki, millimiz sentyabrın 6-da doğma meydanda Farer adaları ilə üz-üzə gələcək.
Turnir cədvəli: Almaniya – 21 xal (7 oyun), Avstriya – 18 (7), Finlandiya – 12 (7), Azərbycan – 7 (8), Rusiya – 7 (7), Farer adaları – 0 (8).
