Vurğun Hüseynov: Qəbələ qrup ikinciliyi uğrunda mübarizə aparacaq
"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov keçmiş komandası "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" bu mövsüm gözəl çıxış edir. Bir azərbaycanlı futbolçu kimi onların belə uğurlu çıxışı məni çox sevindirir. Eyni sözləri "Qarabağ"a da aid edə bilərəm. Hər iki komandamızın qrup mərhələsindəki rəqibləri ilə tanış olmşam. Bütün rəqiblər güclüdür. Amma etiraf etmək lazımdır ki, "Anderlext" digərləri ilə müqayisədə daha təhlükəli təsir bağışlayır. Fikrimcə, Belçika klubu qrup birinciliyi uğrunda mübarizə aparacaq. "Sent-Etyen", "Maynts" və "Qəbələ" isə ikincilik uğrunda. Ümid edirəm ki, uşaqlar qrup mərhələsində də uğurlu çıxış edəcəklər və xalqımızı sevindirəcəklər".
