2 sentyabr 2016 19:00
Əmirquliyev: İnanıram ki, San Marinoya qalib gələcəyik
Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"San Marinoya yaxşı əhval-ruhiyyədə gedirik. Qələbə qazanmaq istəyirik. İnanıram ki, buna nail olacağıq. Yaxşı toplanış keçmişik. Qarşıdakı oyuna tam hazırıq. Öz gücümüzə inanırıq".
Qeyd edək ki, San Marino - Azərbaycan matçı sentyabrın 4-də keçiriləcək və saat 20:00-da start götürəcək.
