2 sentyabr 2016 16:20
Milli komandamızdan 8 qolluq qələbə
Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, ölkə çempionatının yüksək liqasında çıxış edən klubların üzvlərindən ibarət yığma komandayla qarşılaşan millimiz 8:1 hesabı ilə qələbə qazanıb.
Tyaqo Teles Martins dubl edib, Ramiz Çovdarov, Joze Poletto, Eduardo, İsa Atayev, Rizvan Fərzəliyev və Villiams hərəyə bir dəfə fərqlənib.
Bu komandalar arasında növbəti oyun sentyabrın 3-də, saat 21.00-da, ABU Arenada keçiriləcək.
