2 sentyabr 2016 15:50
Neftçi Qurbanovu paraqvaylı hücumçu ilə əvəz edir?
"İnter" və "Qəbələ"nin sabiq yarımmüdafiəçisi Derlis Meza Kolli "Neftçi"yə keçə bilər. Azerisport.az xəbər verir ki, Paraqvayın "Kerro Porteno" klubunda çıxış edən futbolçu özü də Azərbaycana qayıtmağın əleyhinə deyil. Amma klublar öz aralarında bu transferlə bağlı razılığa gələ bilmirlər.
Qeyd edək ki, "Neftçi" Meza Kollini "Qəbələ"yə keçən Ruslan Qurbanova əvəzləyici kimi gətirməyi planlaşdırır.
