2 sentyabr 2016 15:40

Samir Abasov: Belə fasilə kimə lazımdır ki?

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun azerisport.az saytına müsahibəsi

- Transfer pəncərəsinin son günlərində "Sumqayıt" heç bir addım atmadı...
- Düzünü desəm, müəyyən fikirlərimiz var idi. Hətta bir neçə futbolçu var idi, özü bizə müraciət etmişdi. Amma maliyyə imkanlarımız məhdud olduğuna görə başqa transfer edə bilmədik. Halbuki, bizə daha iki futbolçu lazım idi. Çünki ehtiyat oyunçular skamyamız qısadır. Hətta yoxlama oyunlarında da çatışmazlıqlarımız hiss olunurdu.

- Dördüncü tura hazırlıq necə gedir?
- Bu gün "Zirə" ilə yoxlama oyunu keçirəcəyik. Ondan sonra komanda bir-iki gün istirahət edəcək və növbəti matçın hazırlığına başlayacağıq.

- Millinin oyununa görə çempionatda yaranan 20 günlük fasilə sizin üçün nə dərəcədə düşərli hesab oluna bilər?
- "Qəbələ" ilə oyunumuzun da təxirə salındığını nəzərə alsaq, demək olar ki, bir aylıq istirahət etməli olduq. Amma bu, heç kimi narahat etmir. Xüsusilə də bu qrafiki hazırlayanları. Belə fasilələr kimə lazımdır ki? Bunu nəticələrimizə görə demirəm. Ümumiyyətlə, futbolda belə fasilələr mənasızdır.

- Amma siz "Qəbələ"yə özünüz güzəştə getmisiniz...
- "Qəbələ" ilə oyunumuzun təxirə salınmasına dair məndən heç kim xahiş etməyib. Hətta soruşsaydılar da, necə imtina edə bilərdim? Axı bunun arxasında Azərbaycan futbolunun prestiji dayanır. Bütün bunlar "Qəbələ"nin Avropa Liqasındakı uğurlu çıxışına hesablanıb. "Sumqayıt" isə indiki məqamda heç kimi düşündürmür.

- İstənilən halda uzun müddətli fasilə davam edir və bu, daha çox yığma komanda naminə edilib...
- Belə uzun fasilələrdən klublar əziyyət çəkir. Bu, problemlər yaradır. Axı nə qədər məşq etmək olar?! Psixoloji baxımdan bu, çox çətindir.

- Sizcə, bu fasilə olmasa, San Marinoya qalib gələ bilmərik?
- Başqa ölkələrdə belə uzun fasilələrin olduğunu eşitməmişəm. Ümid edirəm ki, millimiz qarşıdakı oyunda qələbə qazana biləcək.

- Mövsümün əvvəlini necə dəyərləndirərdiniz?
- Püşkün bizim üçün necə alındığını nəzərə alsaq, pis deyil. "Qarabağ"a məğlubiyyəti ümumiyyətlə, böyük faciə hesab etmirəm. Qarşıda "İnter" və "Kəpəz"lə iki ev oyunumuz var. Bu oyunları da uğurlu keçirə bilsək, əla olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.