2 sentyabr 2016 15:10
MY futbol məktəbinə seçim prosesi başa çatdı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakcell şirkəti Mançester Yunayted dördüncü Yay Futbol Məktəbinə seçimləri yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, seçim prosesində iştirak edən uşaqlardan 16 nəfəri ən yaxşı nəticə göstərərək senytabrın 5-dən 9-dək təşkil olunacaq təlimlərdə iştirak etmək hüququ qazanıb.
Onlardan ən yaxşı göstəriciyə malik 5 uşaq İngiltərəyə yollanaraq “Mançester Yunayted” klubunun bazası ilə tanış olmaq imkanı əldə edəcək.
