2 sentyabr 2016 15:00
Anderlext - Qəbələ matçı 8-25 avroya
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Belçika "Anderlext"i ilə "Qəbələ" arasındakı ilk oyunun biletlərinin qiyməti açıqlanıb. Azerisport.az xəbər verir ki, Brüsseldə baş tutacaq oyunun biletləri 8-25 avro aralığındadır.
Həmin biletlər sentyabrın 12-dən etibarən satışa buraxılacaq.
Qeyd edək ki, "Anderlext" - "Qəbələ" oyunu sentyabrın 15-də "Konstant Vandenstok" stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.
