2 sentyabr 2016 14:30
San Marino - Azərbaycan matçı belçikalılara tapşırıldı
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək San Marino - Azərbaycan matçının hakimləri açıqlanıb. Azerisport.az xəbər verir ki, UEFA bu oyunu belçikalı hakimlərə tapşırıb.
Oyunun baş hakimi Sebastyen Delferer olacaq. Ona yan xətt hakimləri İv de Nev və Yo de Veyrdt kömək edəcək. Dördüncühakim funksiyasını isə Aleksandru Buko yerinə yetirəcək.
Qeyd edək ki, San Marino - Azərbaycan matçı sentyabrın 4-də "San Marino" stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
