2 sentyabr 2016 14:20
Millimiz bu gün San Marinoya yola düşür
Futbol üzrə Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində qarşılaşacağı San Marino ilə səfər oyunu üçün bu gün sözügedən ölkəyə yola düşəcək. Azerisport.az xəbər verir ki, Robert Prosineçki və yetirmələrini San Marinoya aparacaq çarter reysi saat 16:00-da yola düşəcək.
Millimiz səfərə 23 futbolçu ilə yollanacaq. Bu gün üçün komandamızın məşqi nəzərdə tutulmayıb.
Qeyd edək ki, San Marino - Azərbaycan matçı sentyabrın 4-də "San Marino" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
