2 sentyabr 2016 14:00
Azərbaycan - Farer adaları matçı moldovalı hakimlərə həvalə olundu
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Farer adaları matçının hakimləri bəlli olub. Azerisport.az xəbər verir ki, UEFA bu görüşü moldovalı hakimlərə həvalə edib.
Qarşılaşmanın baş hakimi Dmitri Muntyan olacaq. Ona Vitali Qorbatovla Vladislav Lifçiu kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yuri Kovtun yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Farer adaları matçı sentyabrın 6-da "Dalğa Arena"da keçiriləcək.
