2 sentyabr 2016 13:40
Millimiz Gürcüstanda məğlub oldu
15 yaşadək qızlardan ibarət Azərbaycan yığması Laqodexi şəhərində Gürcüstanın U-17 yığması ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə gürcüstanlı futbolçuların xeyrinə yekunlaşıb.
Sentyabrın 3-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.
