2 sentyabr 2016 13:30
Azərbaycan yığmasına qadağa
Futzal üzrə Azərbaycan yığması Kolumbiyada keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, mundial öncəsi yığmamızın üzvlərinə və məşqçilər korpusuna qadağa qoyulub.
Belə ki, Futzal Federasiyasının rəhbərliyi milli üzvlərinə mətbuata danışmağa icazə vermir. Bu qadağanın səbəbi barədə də açıqlama verilmir.
