2 sentyabr 2016 13:00
Farer adaları yığmamızla oyun öncəsi darmadağına üzüldü
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin yer aldığı 7-ci qrupda daha bir oyun keçirilib. Azerisport.az xəbər verir ki, Farer adaları Rusiya ilə qaşılaşıb.
Şimal qonşularımız bu oyundan 3:0 hesablı qələbə ilə ayrılıblar. Bu qələbə sayəsində xallarının sayını 7-yə çatdıran ruslar millimizə çatıblar.
Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 6-da doğma meydanda Farer adaları ilə üz-üzə gələcək.
