1 sentyabr 2016 20:30

Robert Prosineçki: San Marinoya qələbə üçün yollanırıq

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçiriləcək səfər oyunu öncəsi jurnalistlər üçün brifinq keçirib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə bunları söyləyib:

- Qarşıdakı oyuna yaxşı hazırlaşırıq. Artıq 8 gündür bir yerdəyik. Bütövlükdə, toplanışdan razıyam. Düzdür, bütün futbolçular ilk gündən bizimlə deyildi. Təəssüf ki, Bədavi Hüseynovla Bədavi Hüseynov zədələndiyi üçün bizə kömək edə bilməyəcək.

- Kamran Ağayevin oyun təcrübəsinin olmaması sizi narahat etmir?
- Təəssüf ki, az oynayıb. Amma məşqlərdən razıyam. Ölkənin ən yaxşı qapıçıları bizimlədir. Komandanın hər bir üzvündə yaxşı motivasiya var.

- Start heyətini müəyyənləşdirmisiniz?
- Heyəti təxminən bilirəm. Amma onu sizə oyundan bir gün öncə açıqlayacağam. Çünki qarşıda hələ üç günlük məşqimiz var.

- Bədavinin mövqeyində kim oynayacaq?
- Bədavinin yoxluğu xoşagəlməz məqamdır, amma faktdır ki, olmayacaq. Qalan bütün oyunçular oynamağa hazırdır. Hər birinin oynaması mümkündür.

- San Marino ilə oyunda şanslar barədə nə düşünürsünüz?
- Futbolda hərdən zəiflər də güclü komandalara qalib gəlir. Biz səfərə qələbə üçün yollanırıq. Komandaya güvənirik.

- Ufuk Budak və Toğrul Erat niyə millidə deyil?
- 23 futbolçu çağırmışam. Onları isə gələcək toplanışlara çağıracağam.

- Emin Mahmudovla Ramil Şeydayev ilk dəqiqələrdən meydanda olacaq?
- Hələ bilmirəm. Siz start heyətini öyrənməyə çalışırsınız. Amma deməyəcəyəm. Onların hər ikisindən razıyam. Təəssüf ki, klublarında oynamırlar. Lakin yaxşı məktəb keçdikləri hiss olunur. Gələcək üçün bizə faydalı olacaqlarına inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.