1 sentyabr 2016 20:00
Araz Abdullayev: Qışa kimi Azərbaycandayam
Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçirəcəkləri səfər oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyuna hazırlıq yaxşı gedir. Məşqçilərimiz şans versə, oynamağa hazıram. Yığmada hər şey fərqlidir. Klubdan hansı əhval-ruhiyyə ilə gəlməyimizin fərqi yoxdur. Qələbə qazanmağa çalışacağıq. Yenilər də yaxşı təsir bağışlayır.
Transfer pəncərəsi artıq bağlanıb. Ona görə də qışa qədər Azərbaycanda oynayacağam. İndi ancaq yığmanın oyununu düşünürəm".
