1 sentyabr 2016 19:50
Emin Mahmudov: Yığmada ilk dəfə olduğuma görə mənim üçün hər şey yenidir
Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı keçirəcəkləri səfər oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çətin oyun olacaq. Rəqib müdafiə olunacaq. Buna görə də bizə erkən qol vurmaq lazım gələcək. Qələbə qazanmaq lazımdır. Qələbə qazanmasaq, çox pis olacaq. İlk dəfədir yığma komandaya dəvət almışam. Ona görə də mənim üçün hər şey yenidir. Əvvəllər San Marino yığmasını görməmişəm. Bu üzdən də rəqib barədə heç nə deyə bilmərəm".
