1 sentyabr 2016 18:30
Səməd Qurbanovdan Elnur Məmmədov açıqlaması
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov klubun icraçı direktoru Elnur Məmmədovun istefaya göndərilməsi barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu barədə heç nə eşitməmişəm. Ötən gün birgə "Rəvan"la yoxlama oyununa baxırdıq. Kimisə işindən uzaqlaşdırmaq üçün Müşahidə Şurasının iclası, qərarı olmalıdır. Bu olmadan kimisə necə işdən azad etmək olar? O, yaxşı oğlandır".
